Rayon ərazisində yaşıllıqlara qulluq göstərilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə işlər davam etdirilir.
Eyni zamanda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığının təmin edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məqsədilə yaşıllaşdırma işləri davam etdirilir.
Bu mühüm işdə sakinlərin müraciətləri nəzərə alınaraq, yaşıllıqlarda zərərvericilərə qarşı profilaktiki tədbirlər keçirilmiş, aqrotexniki qulluq göstərilmişdir.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, işlər davam etdirilir.