Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yeni məişət tullantıları konteynerlərinin sayı artırılır.

04 fevral 2024 | 09:41

Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır.

Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.

Nəsimi rayonunda ətraf mühitin qorunması və təkrar emalı mümkün olan (kağız, karton, şüşə, metal, plastik və s.)   tullantıların səmərəli idarə olunması üçün müvəqqəti toplama meydaçalarında quraşdırılmış konteynerlərə baxış keçirilmişdir. Belə ki, yararsız vəziyyətə düşmüş konteyner meydançaları əsaslı təmir edilib, eyni zamanda istismara yararsız vəziyyətdə olan konteynerlər yeni narıncı və yaşıl konteynerlərlə əvəz olunmuşdur.

Qeyd edək ki, Nəsimi rayonunda yeni  müasir iri ölçüdə olan  məişət tullantı konteynerlərin ehtiyac olan ərazilərdə  sayının artırılması və  quraşdırılması işləri aparılır və bu istiqamətdə işlər davam etməkdədir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər