Rayon ərazisində yeni məişət tullantıları konteynerlərinin sayı artırılır.
Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır.
Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.
Nəsimi rayonunda ətraf mühitin qorunması və təkrar emalı mümkün olan (kağız, karton, şüşə, metal, plastik və s.) tullantıların səmərəli idarə olunması üçün müvəqqəti toplama meydaçalarında quraşdırılmış konteynerlərə baxış keçirilmişdir. Belə ki, istismara yararsız vəziyyətdə olan konteynerlər yeni narıncı və yaşıl konteynerlərlə əvəz olunmuşdur.
Eyni zamanda Nəsimi rayonunda yeni müasir iri ölçüdə olan məişət tullantı konteynerlərin ehtiyac olan ərazilərdə sayının artırılması və quraşdırılması işləri də aparılır. Bu istiqamətdə həyata keçirilən işlər davam etməkdədir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.