Rayon ərazisində yol-asfaltlaşma işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların, yolların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonu Rasim Cəfərov küçəsində yolun əsaslı təmir işləri aparılıb, yola yeni asfalt örtüyü vurulub, piyada zolaqları və yol xətləri çəkilib.
Eyni zamanda qeyd olunan küçədə körpünün aşağı hissəsindən avtomobillərin rahat hərəkəti üçün geriyə dönüş istiqaməti təmin olunub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma , yol infrastruktur işləri davam etdirilir.