Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yol kənarında istinad divarlarında, binaların fasadlarında cari təmir işləri aparılıb.

26 yanvar 2024 | 10:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Aparılan  abadlıq və cari təmir  işləri zamanı Nəsimi rayonu ərazisində mərkəzi küçə və prospektlərdə şəhərin ümumi görünüşünə xələl gətirən hasarlarda, istinad divarlarında cari təmir  və boyanma işləri aparılıb.

Eyni zamanda müxtəlif ünvanlarda ümumi yaşayış binaların pilləkən qəfəsləri, girişləri və digər ümumi istifadə yerlərində divarların cari təmiri və rənglənməsi işləri də aparılıb.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər