Rayon ərazisində yol kənarında olan hasarlarda və istinad divarlarında təmir-bərpa və boyanma işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonunda Xətai prospektində, Rəşid Behbudov, Yusif Səfərov, Mirzəağa Əliyev küçələrində şəhərin ümumi görünüşünə xələl gətirən hasarlarda və istinad divarlarında, fərdi evlərin, yaşayış binalarının fasadında təmir işləri aparılmışdır. Eyni zamanda hasarların boyanması işləri görülmüşdür.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.