Rayon ərazisində yollarda asfaltlaşma işləri davam etdirilir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla aparılır.
Rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri davam etdirilir. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların həyətlərin, eyni zamanda küçə və prospektlərin, məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı mütamadi olaraq işlər aparılır.
Qeyd edək ki, Nəsimi rayonu Səməd Vurğun küçəsinin Ak.Mirqasımov küçəsi ilə kəsişməsindən Ənvər Qasımzadə küçəsi ilə kəsişməsinə qədər yolun əsaslı təmiri və asfaltlaşması işləri aparılmışdır.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.