Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yolların əsaslı təmiri və asfaltlaşma işləri davam edir.

31 yanvar 2023 | 10:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların, yolların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonu Füzuli küçəsinin,  Azadlıq prospekti küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər   yolda əsaslı təmir işləri aparılıb. Eyni zamanda yola yeni asfalt örtüyü vurulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma , yol infrastruktur işləri davam etdirilir.

Keçidlər