Rayon İcra Hakimiyyətində kəskin hava şəraiti ilə əlaqədar operativ müşavirə keçrildi
14-17 aprel 2025-ci il tarixində güclü külək və şimşəklə müşayiət olunacaq leysan yağışları ilə əlaqədar operativ müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyəti rəhbərliyi Sahə İƏD nümayəndəliklərin, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Mənzil Kommunal İstismar Sahələrinin, Xidmət Sahələrinin rəhbərləri iştirak etmişlər.
RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov 14-17 aprel 2025-ci il tarixdə güclü külək və şimşəklə müşayiət olunacaq leysan yağışları ilə əlaqədar rayon təsərrüfatının sabit iş rejimində fəaliyyətinin təmin olunmasının, kəskin hava şəraitinə hazırlıqla bağlı zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd etdi.
Müşavirədə çıxış edən RİH başçısının müavini Ramiz Quliyev, Kommunal və Xidmət sahələrinin rəhbərləri rayon təsərrüfatının gücləndirilmiş iş rejimində fəaliyyətinə hazırlıq işlərinin görüldüyünü, riskli ərazi və ünvanların müəyyən edildiyini, lazımi texnika və qurğuların hazır vəziyyətə gətirildiyini, növbətçilik təşkil olunduğunu qeyd etdilər.
Müşavirənin sonunda kəskin hava şəraitinin baş verə biləcək fəsadlarının aradan qaldırılması üçün operativ tədbirlərin görülməsi istiqamətində müvafiq tapşırıqlar verildi.