Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb.
06 aprel 2022 | 11:42
Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov rayon ərazisində vəziyyətlə tanışlıq zamanı sakinlərlə görüşüb. H.Seyidzadə küçəsi boyu, 20 Yanvar 21b ünvanında yeni qurulmuş “Zəfər Bağı”nda görüş zamanı sakinlərin qaldırdıqları məsələlər, onları maraqlandıran suallar barədə söhbətlər aparılıb, müvafiq izahatlar verilib. Həlli vacib məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Sakinlər rayon ərazisində aparılan abadlıq quruculuq işləri barədə məlumatlandırılıb.