Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirmişdir.

17 noyabr 2022 | 10:38

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH başçısı Asif Əsgərov qəbulda iştirak edən M.Qaşqay, F.Qasımzadə, Ə.Topçubaşov, Kaveroçkin, Bakıxanov, M.Rəfili  küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Bayramov Elnur, Məmmədova Sədaqət, Qasımova Könül, Bayramova Yasəmən, Qurbanova Aytən, Musayeva Aleksandra, Abutalıbov Müqbil, Əzizov Polad və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, küçənin işıqlandırılması, həyətin və binanın abadlaşdırılması, quru ağacın götürülməsi, yaşadıqları evlərin istismar müddətinin keçməsini nəzərə alaraq yeni layihə çərçivəsində məhəllənin yenidənqurulması barədə müraciətlər etmişlər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə, xüsusilə 35 saylı məktəbin yenidən inşa edilərək istifadəyə verilməsinə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlar, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər