Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ümrə ziyarətinə yola salınacaq şəhid anaları ilə görüşüb.

30 sentyabr 2022 | 10:53

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. 

Müraciətləri nəzərə alınaraq, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümrə ziyarətinə yola salınacaq şəhid anaları ilə görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xoş arzularını bildirərək qeyd etdi ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Bildirildi ki, yaxın vaxtlarda istəkləri nəzərə alınaraq digər şəhid anaları və qazilərin də ziyarətə yola salınacaqları üçün rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməkliklər göstəriləcəkdir.

Ziyarətə yola düşəcək 9 şəhid ailəsi və rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən Müharibəsi qazisi Kamal Quluzadə çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər