Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda dezinfeksiya və ticarət obyektlərinin vitrinlərində sanitar təmizlik işləri aparılıb

25 may 2024 | 10:49

Bakı şəhərində mütəmadi olaraq  dezinfeksiya, sanitar təmizlik işlərinin və iməcliklərin aparılması  Nəsimi rayonunda da davam etməkdədir.

Ənənəvi olaraq bu gün də  Nəsimi rayonunda da ümumrayon iməciliyi keçirildi. İlk öncə yollarda, binalarının giriş bloklarında, ictimai yerlərdə, o cümlədən küçə və prospektlərdə, parklarda, dayanacaqlarda dezinfeksiya və sanitar təmizlik  işləri aparılmışdır. Eyni zamanda  binaların şüşə fasadları və ticarət obyektlərinin vitrinləri yuyulmuş, ümumi  sanitar-təmizlik işləri aparılmışdır.  

Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.

Keçidlər