Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda iməcilik keçirildi.

21 yanvar 2024 | 09:32

Bakı şəhərində müxtəlif  tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, yuyularaq təmizlənmişdir. Prospekt və küçələrdə yağış kürəbəndlərnə baxış keçirilmiş, məişət tullantıları konteynerlərinin ətrafı yuyulularaq təmizlənmişdir.

Eyni zamanda  ənənəvi olaraq rayon ərazisində yerləşən ticarət obyektlərinin vitrinləri də yuyularaq təmizlənmişdir.  Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər