Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda iməcilik təşkil olundu.

20 noyabr 2022 | 10:00

Sakinlərinin  kütləvi şəkildə istirahət edəcəyi parklarda təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı Nəsimi rayonunda daxili ümumrayon iməciliyi keçirildi.

Səhər saatlarından başlanan iməcilik zamanı royonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərinin, reklam lövhələrinin,  yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirildi.

Eyni zamanda iməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub,  məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər