Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda növbəti iməcilik keçirildi.

20 may 2023 | 10:25

Bakı şəhərində müxtəlif  tədbirlərin keçirilməsi ilə əlaqədar  çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların  kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.   Eyni zamanda iməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda iməclik işləri aparılmışdır.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bardürlər, işıq dirəkləri, reklam lövhələri,  yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı yuyularaq təmizlənmişdir. Qulluq zamanda parklarda, abad həyətlərdə, xiyabanlarda alaq otları təmizlənmiş, yaşıllıq zolaqlarına qulluq göstərilmiş, eyni zamanda  qazon örtükləri və  yanğın təhlükəziliyi ilə əlaqədar, sahələrdə quru otlar biçillərək təmizlənmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər