Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda növbəti iməcilik keçirildi.

23 mart 2024 | 09:52

Bakı şəhərində müxtəlif  tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmış, prospekt və küçələrdə, işıq dirəkləri, yol kənarındakı məhəccərlər,  məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuşdur. Ənənə halını almış iməciliklərdə parklarda abidələr, heykəllər və su fantanları da yuyularaq təmizlənmişdir.

Eyni zamanda rayon ərazisində olan mövcud yaşıllıqlarda səliqə-səhman işləri də aparılmışdır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər