Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda tikinti aparılan binaların hasara alınmış ərazilərində sanitar təmizlik işləri aparılıb.

15 iyul 2023 | 11:21

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülən işlər çərçivəsində Nəsimi rayonu ərazisində tikinti aparılan binaların  hasara alınmış ərazilərində monitorinq işləri aparılmışdır.  Belə ki, yanğın təhlükəsi olan ərazilər müəyyənləşdirilərək, qabaqlaycı tədbirlər görülmüşdür.

Qeyd edək ki, yanğın təhlükəsizliyinin qarşısını almaq üçün Nəsimi rayonu  Vaqif prospekti, Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçələrində tikinti aparılan binalarda uzun müddət hasara alınmış ərazilər quru otlardan təmizlənmiş, eyni zamanda sanitar-təmizlik işləri aparılaraq  mövcud yaşıllıqlara qulluq göstərilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər