Rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
23 may 2024 | 10:36
Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Nəsimi rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Nəsimi rayon qurumları, idarə müəssisə və təşkilatlar iştirak etmişdirlər.
Aksiya çərçivəsində Nəsimi rayonunun Seyid Cəfər Pişəvəri küçəsi boyu ərazidə çinar ağacları əkilmiş, eyni zamanda həyata keçirilən aksiya zamanı abadlıq işləri də aparılmışdır.
Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə işlər davam etdirilir.