Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun 4-cü mikrorayon dairəsi ətrafında piyada səkilərində təmir-bərpa işləri aparılır.

18 avqust 2023 | 11:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması və əsaslı təmiri işləri davam etdirilir.

Qeyd edək ki, Nəsimi rayonu 4-cü mikrorayon dairəsi ətrafında piyada səkilərində təmir-bərpa işlərinə başlanılıb.  

Görülmüş işlər çərçivəsində qeyd olunan ünvanda dairə ətrafinda piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması məqsədilə təmir işləri aparılır.

Aparılan təmir işləri zamanı yeni tamet daşlarının və bardürlərin vurulması, eyni zamanda piyadaların rahat hərəkətinin təmin edilməsi üçün müəyyən hissələrdə səkilərin genişləndirilməsi işləri nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər