Rayonun Bakıxanov küçəsi boyu yaşıllıq zolaqlarına mövsümi güllər əkilmişdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi və qulluq göstərilməsi məqsədilə işlər davam etdirilir.
Bu məqsədlə eyni zamanda ətraf mühitin mühafizəsinə töhfə vermək, rayonun ekoloji tarazlığının bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məqsədilə, yaşıllaşdırma işlər davam etdirilir.
Nəsimi rayonun Bakıxanov küçəsi boyu boyu parkda yol kənarı mövcud yaşıllıq zolaqlarında 500-ə yaxın mövsümi gül-çiçəklər əkilmişdir. Eyni zamanda abadlıq işləri aparılmış, ağaclara, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.