Rayonun Cavadxan 32 və 36 saylı ünvanlarında abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan 32, 36 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işlərinə başlanılıb. Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb. Həyətdə torpaq işləri görülür.
Nəzərdə tutulmuş işlər çərçivəsində ümumi yaşayış binaların fasadında və dam örtüyünün əsaslı təmiri, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binaların giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri aparılır.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması, yeni tamet-bardur daşlarının vurulması, istinad divarlarının aqlay daşla üzlənməsi, suvarma xətti və işıqlandırma sistemlərinin çəkilməsi, kiçik tullantılar üçün qabların qoyulması, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.