Rayonun Cavadxan küçəsi 26,30 saylı ünvanlarında aparılan abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 26, 30 saylı ünvanlarında yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir.
Qeyd edək ki, həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb.
Nəzərdə tutulmuş işlər çərçivəsində ümumi yaşayış binalarının giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Binaların giriş pilləkənlərində, fasadında və dam örtüyündə əsaslı təmir işləri, eyni zamanda yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, həyətdə torpaq işləri, yeni tamet-bardur daşlarının vurulması, oturacaqların və idman qurğularının quraşdırılması işləri də davam etdirilir.
Qeyd edək ki, həyətdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah və müxtəlif növ uşaq-oyun elementləri quraşdırılıb.
Binaları əhatə edən sahədə yeni su və işıqlandırma sistemlərinin çəkilməsi, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması, yeni asfalt örtüyünün və qazon örtüyünün vurulması işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.