Rayonun estetik görünüşünə xələl gətirən yerlərdə və piyada səkilərində cari təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yolların bərpası, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunun mərkəzi küçələrində və rayonun digər ünvanlarında, eyni zamanda yol kənarlarındakı istinad divarlarında, piyada səkilərində cari təmir işləri aparılıb.
Qeyd edək ki, Vaqif prospekti və Bakıxanov küçələri boyunca yararsız hala düşmüş istinad divarları rənglənmiş, cari təmir işləri aparılmışdır. Bu ünvanlarda yararsız hala düşmüş piyada səkiləri də mərmər, qranit, tamet və üzlük daşlarla yenilənərək dəyişdirilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.