Rayonun küçə və səkiləri qardan təmizlənir.
Paytaxtda şaxtalı-qarlı hava şəraiti və intensiv qar yağması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti, eyni zamanda rayonun kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışır.
Belə ki, bir neçə gün intensiv yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir.
Gecə və səhər saatlarında işlərə cəlb olunmuş 15 ədəd xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilib.
Səhər saatlarından kommunal xidmətlərin 500-ə yaxın əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirir.