Rayonun məhəllədaxili yollarında asfaltlaşma işləri davam etdirilir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla aparılır.
Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Sakinlərin müraciətləri nəzərə alınaraq, rayonun 28 may küçəsi boyu həyətlərdə yolların asfaltlaşması və piyada səkilərinin, asfaltlanması ilə bağlı müvafiq tövsiyyələr verilib.
Belə ki, rayonun 28 may küçəsi boyu həyətlərdə və dalanlara eləcədə sakinlərin istifadə etdiyi piyada səkilərində asfaltlaşma işləri aparılıb, eyni zamanda məhəllədaxili yollara yeni asfalt örtüyü vurulub.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.