Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun mərkəzi küçə və prospektlərində asfaltlaşma işləri davam etdirilir

10 sentyabr 2024 | 10:08

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla aparılır.

Rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri davam etdirilir. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların həyətlərin, eyni zamanda küçə və prospektlərin, məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı mütamadi olaraq işlər aparılır.

Nəsimi rayonunun mərkəzi küçə və prospektlərində yeni asfalt örtüyünün vurulması, səkilərin bərpası və yolların əsaslı təmiri işləri aparılır. Eyni zamanda yeraltı kommunikasiya, işıq və qaz xətləri yenilənir. Asfalt örtüyü vurulduqdan sonra avtobus və velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.

Hal-hazırda  rayonun Dilarə Əliyeva, Nizami və Şəmsi Bədəlbəyli  küçələrində yolun əsaslı təmiri və  asfaltlaşması işləri aparılıır.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.

Keçidlər