Rayonun Nəcəf bəy Vəzirov küçəsi boyu yaşıllıq zolaqları bərpa edilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi və qulluq göstərilməsi məqsədilə işlər davam etdirilir.
Eyni zamanda ətraf mühitin mühafizəsinə töhfə vermək, rayonun ekoloji tarazlığının bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məqsədilə rayonda mütəmadi olaraq yaşıllıqlara qulluq göstərilir.
Belə ki, rayonun Nəcəf bəy Vəzirov küçəsi boyu yaşıllıq zolaqlarında bərpa işləri aparılıb. Eyni zamanda abadlıq işləri görülüb, ağaclara, yaşıllıqlara aqrotexniki qulluq göstərilb, yeni qazon və gül kolları əkilmişdir.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda yaşıllaşdırma işləri davam etdirilir.