Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Puşkin küçəsində tullantıların səmərəli idarə olunması üçün müvəqqəti toplama meydaçası təmir edilmiş, yeni konteynerlər quraşdırılmışdır

11 may 2024 | 11:21

Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır. Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.

Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində də işlər davam edir. Rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri də aparılır. Belə ki, Nəsimi rayonu Puşkin küçəsində məişət tullantılarının müvəqqəti toplanması üçün təşkil olunan meydançada konteynerlərinin azlığı və səliqə səhman yaradılması üçün sakinlər tərəfindən müraciətlər daxil olmuşdur.

Ətraf mühitin qorunması və təkrar emalı mümkün olan (kağız, karton, şüşə, metal, plastik və s.)   tullantıların səmərəli idarə olunması üçün bu istiqamətdə rayonun Puşkin küçəsində mövcud müvəqqəti toplama meydaçası təmir edilmiş, yeni narıncı və yaşıl konteynerlər quraşdırılmışdır.

Qeyd edək ki, Nəsimi rayonunda yeni  müasir iri ölçüdə olan  məişət tullantı konteynerlərinin ehtiyac olan ərazilərdə  saylarının artırılması və  quraşdırılması işləri davam etdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər