Rayonun Səməd Vurğun 112 saylı ünvanında abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonu Səməd Vurğun küçəsi 112 saylı ümumi yaşayış binada əsaslı təmir işlərinə başlanılıb.
Qeyd edək ki, binanın fasadında və eyvanlarında uçub tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib və rənglənmə işləri aparılır. Eyni zamanda binada yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, həyətdə abadlıq-quruculuq işlərinin aparılması, uşaq-oyun elementlərinin və oturacaqların quraşdırılması işləri də nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.