Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Vaqif prospekti boyu yaşıllıq zolaqlarına həmişəyaşıl kollar və mövsümi güllər əkilmişdir.

25 may 2024 | 11:35

Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə işlər davam etdirilir.

Eyni zamanda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məqsədilə, yaşıllaşdırma işlər davam etdirilir.

Nəsimi  rayonunda yerləşən Vaqif prospekti boyu parkın ərazisində və yol kənarı yaşıllıq zolaqlarında 1000-ə yaxın həmişəyaşıl kollar, mövsümi gül-çiçəklər əkilmişdir, abadlıq işləri aparılmış, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. 

Keçidlər