Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Zərifə Əliyeva küçəsi boyu yaşıllıq zolaqlarına qulluq göstərilmiş və mövsümi güllər əkilmişdir.

18 sentyabr 2024 | 10:30

Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə işlər davam etdirilir.

Eyni zamanda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması məqsədilə, yaşıllaşdırma işlər davam etdirilir.

Nəsimi  rayonunda yerləşən Zərifə Əliyeva küçəsi boyu yol kənarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, mövsümi gül-çiçəklər əkilmiş, abadlıq işləri aparılmışdır.

Keçidlər