Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşid Behbudov küçəsi boyu binaların fasadında təmir-bərpa işləri aparılır.

21 avqust 2024 | 09:53

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, eyni zamanda sakinlərin müraciətlərini nəzərə alaraq mərkəzi küçə və prospektlərdə  təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların, ticarət obyektlərinin  fasadlarının təmir-bərpası işləri   daha da intensiv şəkildə davam etdirilir.

Rayonun Rəşid Behbudov küçəsi boyu ünvanda yerləşən yaşayış  binalarının və ticarət obyektlərinin fasadında əsaslı təmir-bərpa işlərinə başlanılıb.  Belə ki, binaların girişlərində və səkilərində təmir işləri aparılaraq şəhərin ümumi görünüşünə xələl gətirən elementlər sökülür eyni zamanda elektrik şitləri, qapılar,s darvazalar rənglənərək səliqə səhman işləri aparılır.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.

 

Keçidlər