Rəşid Behbudov və Bakıxanov küçələrində abadlıq işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, eyni zamanda sakinlərin müraciətlərini nəzərə alaraq mərkəzi küçə və prospektlərdə təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların, ticarət obyektlərinin fasadlarının təmir-bərpası işləri daha da intensiv şəkildə davam etdirilir.
Rayonun Rəşid Behbudov və Bakıxanov küçələri boyu ünvanda yerləşən yaşayış binalarının və ticarət obyektlərinin fasadında əsaslı təmir-bərpa işləri aparılıb. Belə ki, binaların fasadında və girişlərində təmir işləri aparılaraq şəhərin ümumi görünüşünə xələl gətirən elementlər sökülmüşdür. Eyni zamanda hasarlar və istinad divarları təmir edilmiş, yeni tullantı qabları qoyulmuş, məhəccərlər, elektrik dirəkləri rənglənmişdir. Küçə boyu yeni gül dibçəkləri qoyulmuş, həmişəyaşıl ağaclar əkilmişdir.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.