Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı 4-cü mikrorayonda səyyar qəbul keçirdi

15 mart 2023 | 12:45

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin ərazisində sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda MirCəlal, Cavadxan, Asif Məhərrəmov, 20 Yanvar, Hüseyn Seyidzadə küçələrinin əhatəsində yaşayan sakinlər iştirak etmişlər.

4-cü mikrorayonda rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda sakinlərdən  Abilova Nəzakət,  Amalova Arzu, Hüseynova Səadət, Nəsibova Qumru, Səmədova Samirə, Vəliyev Bilal, Məmmədova Xədicə, Abdullayev Pərviz, Hüseynov Əli, Əhmədova Elnarə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, dam örtüyünün, kanalizasiya xəttinin təmiri, binada giriş qapılarının yenilənmısi, məhəllədaxili yolun asfalt örtüyünün təmiri,  özəl obyektlərin fəaliyyəti, yaşayış üçün yararsız olan evlərdən ibarət məhəllələrin sökülərək yenidənqurulması vacibliyi barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər