RİH başçısı ərazidə sakinlərlə görüşmüşdür.
Azərbaycan Respubblikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə qəbul və səyyar görüşlərin keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir.
Görüşlərdə sakinlərin müraciətləri araşdırılır və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilir, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülür.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon ərazisində olarkən aparılan əsaslı təmir işləri ilə tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.
Görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə həmçinin abadlıq quruculuq sahəsində sakinlərin təklif və rəyləri dinlənilmiş eyni zamanda rayon ərazisinin ayrı-ayrı ünvanlarında görülən abadlıq quruculuq işləri barədə söhbətlər aparılmışdır.
Qeyd edək ki, rayon ərazisində müxtəlif ünvanlarda sakinlərlə görüş zamanı bildirilib ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.