Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı mikrorayonda səyyar qəbul keçirib

02 fevral 2024 | 11:53

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Cavadxan, Abdulvahab Salamzadə, 20 Yanvar, Moskva prospekti,  Rəşid Məmmədov, Hüseynbala Əliyev  küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlərdən Abdurəhmanov Telman, Qəhrəmanov Nicat, Məmmədov Novruz, İsmayılov Qurban, Ömərov Elçin, İbadov Şamil, Kərimov Zahir, Hüsnəddinov Fərid, Fətullayev Pərviz  və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, həyətin abadlaşması, oturacaqların quraşdırılması, ağacların budanması, əhali sıxlığını nəzərə alaraq parkinqlərin quraşdırılması, binanın girişinin təmir olunması, istismar müddəti keçmiş su-kanalizasiya xətlərinin təmiri, uşaqlar üçün əyləncə elementlərinin quraşdırılması barədə müraciətlər etdilər.

Qəbulun gedişində ölkə rəhbərliyinin vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı bərpa-quruculuq işləri xüsusi vurğulanmışdır.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər