RİH başçısı mikrorayonda səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda iştirak edən sakinlərdən Cəfərova Samirə, Əliyeva Sevinc, Verdiyeva Nuranə, Babayeva Lalə, Tanrıverdiyev Mahir, Əliyeva Vəfa və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, navalçaların təmiri, həyətin abadlaşması, həyətin işqlandırılması və kamera quraşdırılması, oturacaqların quraşdırılması, ağacların budanması, yola sürətməhdudlaşdırıcı qurğu quraşdırılması, binanın girişinin təmir olunması, uşaqlar üçün əyləncə elementlərinin quraşdırılması barədə müraciətlər etdilər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
Sakinlərə rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.