Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı mikrorayonda səyyar qəbul keçirib.

06 oktyabr 2023 | 11:38

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda H.B.Əliyev, Cavadxan,  Asif Məhərrəmov küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlərdən Həmzəyeva Gövhər, Vəliyev Eynulla, Həsənova Ədiləxanım, Cəfərov Anar, İsgəndərova Şahizər, Hüseynova Xuraman, Səfərova Faizə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, həyətin abadlaşması, ağacın budanması, kanalizasiya xəttinin təmiri, söhbətgah qurulması, binaya girişin təmiri, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin qurulması, işıqlandırma, uşaq əyləncə elementlərinin qurulması barədə müraciətlər etdilər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər