RİH başçısı Nəsimi rayonunda yerləşən Zəfər bağına baxış keçirib.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə yaradılan Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanında Zəfər bağı, Nəsimi RİH başçısı və nümayəndələri tərəfindən baxış keçirib.
Zəfər bağında mütamadi olara cari təmir işləri aparılaraq, bağda yarasız vəziyyətə düşmüş tamet daşları bərpa olunur, oturacaqlar rənglənir, mövcud ağaclara və yaşıllıqlara aqrotexniki qulluq göstərilir, mövsümü güllər əkilir.
Qeyd edək ki, RİH rəhbərliyi tərəfindən Zəfər bağının ümumi vəziyyətinə baxış keçirilib, ərazinin sanitar təmizliyi, yaşıllıq zolaqlarının və oturacaqların vəziyyəti ilə tanış olunub, bağın daim nəzarətdə saxlanılması üçün müvafiq tövsiyyələr verilibdir.