RİH başçısı Nəsimi rayonunda yerləşən Zəfər bağında Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə yaradılan Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanında Zəfər bağı, Nəsimi RİH başçısı və nümayəndələri tərəfindən ziyarət olunub, xatirə kompleksinin önünə gül-çiçək dəstələri qoyularaq, şəhidlərin xatirəsini ehtiramla yad olunub.
Nəsimi rayonunda yerləşən Zəfər bağında RİH rəhbərliyi sakinlərlə görüşdü, eyni zamanda bağın ümumi vəziyyətinə baxış keçirərək ərazinin sanitar təmizliyi, yaşıllıq zolaqlarının və oturacaqların vəziyyəti ilə tanış oldu. Bağın daim nəzarətdə saxlanılması üçün müvafiq tövsiyyələr verildi.