RİH başçısı növbəti səyyar qəbul keçirib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 4-cü mikrorayon MirCəlal küçəsi 42 ünvanda növbəti səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmiş, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə etmişdir. Mikrorayonda, o cümlədən 20 Yanvar, A.Məhərrəmov küçələri ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Bədəlova Gülnarə, malikov Vüsal, Abbasov Fərhad, Əliyev Elnur, Kərimli İbrahim, Rzayeva Cəmilə, Ağayev İsgəndər, Məmmədov İntiqam və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşıllqların suvarılması və söhbətgahların qurulması, mənzil növbəsi, avtomobillərin park edilməsi, dam örtüyünün və zirzəminin təmir edilməsi barədə müraciətlər etmişlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Nəsimi rayonu ərazisində görülən işlər xüsusi vurğulanmışdır.
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində MirCəlal küçəsi 42 ünvanları əhatə edən məhəllənin abadlaşdırması ilə bağlı müzakirələr aparılmış, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.