RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İƏD üzrə sakinlərin istəyini nəzərə alaraq müraciətləri dinləmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda Dilarə Əliyeva, Vidadi, Şamil Əzizbəyov, 28 May küçələri, Azadlıq prospekti ərazilsində yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən Alışova Nazənin, Babayev Ramiz, Rüstəmov Azər, Fətullayev Arif, Səfərov Kərəm, Süleymanova Xanım, Ələsgərova Zemfira, Hüseynova Mülayim, Qaracov Tofiq və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, asfalt örtüyünün təmiri, oturacaqların quraşdırılması, eyvanların təmiri, kanalizasiya və su xəttinin təmiri, quru vəziyyətdə olan ağacın götürülməsi barədə müraciətlər etmiş, məişət tullantıları konteynerləri ilə bağlı təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə məlumatlar verilmiş, tədbirlərin davam etdirildiyi qeyd olunmuşdur.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, qaldırılan məsələlərin bir qismi ilə bağlıdir.