RİH başçısı səyyar qəbul keçirdi.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq prospekti, 28 May küçəsi, Bəşir Səfəroğlu küçəsi, Balababa Məcidov küçəsi, Kövkəb Səfərilyeva küçəsi, Cəlil Məmmədquluzadə küçəsi, Nizami küçəsi, Xəqani küçəsi əhatəsində yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən İbrahimova Sevinc, Abbaslı Hüseynəli, Vəliyeva Dürdanə, Allahverdiyeva Vüsalə, Qurbanov Əliyar, Əliyeva Aysel, Mehdiyev Anar, Lətifov Rəhman, Hüseynova Gülçiçək. Qurbanova Bağdagül, Babayev Ağalar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən avtomobillərin park edilməsi, qəzalı binalarla bağlı tədbirlər görülməsi, dam örtüyünün, zirzəmi və səkinin təmiri, mənzil sənədləşdirilməsi, binanın fasadının təmiri, iş ilə təmin, kanalizasiya xəttinin təmiri, tikinti şirkəti ilə bağlı məsələlər barədə müraciətlər etdilər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmış, Vətənimiz uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi sükutla yad edilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qaldırılan məsələlərlə bağlı sakinlərə müvafiq izahatlar verildi və qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə zəruri tədbirlərin görülməsi tapşırıldı.