Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı səyyar qəbul keçirdi

23 fevral 2024 | 11:31

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Moskva prospekti,  Mir Cəlal, Asif Məhərrəmov, Hüseyn Seyidzadə, Dilarə Əliyeva  küçələrinin əhatəsində yaşayan sakinlər iştirak etmişlər.

Sakinlərdən  Hüseynova Gülay, Vəliyev Bilal, Məmmədov Saleh, İbrahimov Maşallah, Bayramov Akif,  Həsənov Vüsal, Xəlilova Məharət, Vəliyev Tahir, Quliyeva Gülüstan, Cəfərova Nigar və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən kanalizasiya xəttinin təmiri,  dam örtüyünün təmiri, həyətin işıqlandırılması, avtomobilin park edilməsinə şərait yaradılması, binanın girişinə qapı quraşdırılması, navalçaların təmiri, həyətin abadlaşdırılması, qurumuş ağacın kəsilməsi, həyətdə uşaq meydançasının yaradılması ilə bağlı məsələlər barədə müraciətlər etdilər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Dövlət başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Sakinlərə rayon ərazisində görülən işlər, 2024-cü il  - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər