RİH başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirilmişdir. Qəbulda Moskva prospekti, Hüseynbala Əliyev, 20 Yanvar, Cavadxan, Alı Mustafayev küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Əhmədov Azad, Xanmirzəyeva Nuridə, Cəfərova Ceyran, Vahidov Ramin, Cəfərov Çingiz, Canıyev Vaqif, Əsgərova Aminə, Niftəliyev Yavər, Əliyev Səxavət, Qafarova Güllübəyim, Məhərrəmov İzzət, Həsənov Ruslan, İbrahimova Elza və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən işıqlandırmaya mane olan ağacın budanması, kanalizasiya xəttinin təmiri, idman qurğularının təmiri, yaşıllıqlar üçün su xəttinin çəkilməsi, iş ilə təmin, iaşə obyektinin fəaliyyəti, həyətin işıqlandırılması, fasadın təmiri, küçənin işıqlandırılması, asfalt örtüyünün təmiri, küçə heyvanları üçün məhəllədə yuva qurulması, bələdiyyəyə ödənilən vergi barədə müraciətlər etmişlər.
Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı çoxşaxəli bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər qeyd edilmişdir. Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Sakinlər Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, görülən işlərə və göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.