Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı səyyar qəbul keçirib

09 iyul 2024 | 11:20

Nəsimi rayon İcra Hakimiyyətinin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə  səyyar qəbul keçirilmişdir. Qəbulda Asif Məhərrəmov, Əbdülvahab Salamzadə, Cavadxan,  20 Yanvar, Hüseyn Seyidzadə küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlərdən Abdulrazaqov Aslan, Abbasova Umuxanım, Əliyev Fərrux, Kərimov Zahir, Yusupov Mahmud, Mehdiyeva Vəfa, Xəlilova Gülçöhrə, Həmidov Surəddin, Əsgərov Mirzə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən təhlükəli vəziyyətdə olan qaz borusunun yerinin dəyişdirilməsi, dam örtüyünün təmir olunması, kanalizasiya xəttinin təmiri, istilik xəttinin təmiri, suyun fasilələrlə verilməsi, uşaqların məktəbəqədər müəssisəyə yerləşdirilməsi, binanın girişinin təmiri , həyətin abadlaşdırılması   barədə müraciətlər etmişlər.

Qəbul zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı çoxşaxəli bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər qeyd edilmişdir. Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Sakinlər Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, görülən işlərə və göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər