RİH başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Moskva prospekti, Asif Məhərrəmov küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Hüseynova Nargilə, Zakirova Maina, Əsədova Sitarə, Bayramova Reyhan, İbrahimova Günel, Abbasova Solmaz, Məmmədov Ədalət və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən pəncərənin təmiri, şlaqbaum quraşdırılması, dam örtüyünün təmiri, pilləkənin təmiri, parkinq yaradılması, qurumuş ağacın götürülməsi, söhbətgah və oturacaqlar quraşdırılması barədə müraciətlər etdilər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün, suverenliyimizin təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
Sakinlər Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, görülən işlərə və göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.