RİH başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirilmişdir. Qəbulda Moskva prospekti, 20 Yanvar, Cavadxan küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən İbrahimov Maşallah, Axundov Şahin, Hüseynova Nargilə, Zakirova Maina, Zərbalıyev Mail, Əliyev Səməd, Axundova Nazı, Əliyeva Rəna, Abbasova Solmaz, Zeynalova Leyla, İbişova Nuridə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən navalçaların təmiri, qurumuş ağacın götürülməsi, həyətin abadlaşdırılması, həyətin işıqlandırılması, təhlükəsizlik kameralarının quraşdırılması, su xəttinin təmiri, dam örtüyünün təmiri, iaşə obyektinin fəaliyyəti, yaşıllıqların qorunması, pəncərənin yaxınlığında oturacağın olmasının narahatlıq yaratması barədə müraciətlər etmişlər.
Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı çoxşaxəli bərpa-quruculuq işləri qeyd edilmişdir. Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Sakinlər Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, görülən işlərə və göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.