RİH başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Cavadxan, Hüseynbala Əliyev, Seyid Cəfər Pişəvəri küçələrinin əhatəsində yaşayan sakinlər iştirak etmişlər. Sakinlərdən Vahabova Dürdanə, Zərbəliyev Mail, İsgəndərova Şahəzər, Əfəndiyeva Mehparə, Vəliyev Eynulla, Ağayeva Səmayə, Yusupova Zoya, Hacıyeva Elza və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətin abadlaşdırılması, qurumuş ağac barədə tədbir görülməsi, həyətin və küçənin işqlandırılması və kamera quraşdırılması, oturacaqların quraşdırılması, uşaqlar üçün əyləncə elementlərinin və idman qurğularının quraşdırılması, navalçaların təmiri, həyətdə avtodayanacaq sahəsinin yaradılması barədə müraciətlər etdilər.
Qəbulun gedişində ölkə rəhbərliyinin ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı bərpa-quruculuq işləri xüsusi vurğulanmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur.
Sakinlərə rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.